Haqqımızda:
NPG LLC (Daşınmaz Əmlak Şirkəti) - 10 ildən artıq təcrübəyə əsaslanaraq, 2021-ci ildə qurulub. Rəqabətli əmlak bazarında, bir sıra boşluqları nəzərə alaraq, alıcı və satıcı maraqlarını və hüquqlarını yüksək səviyyədə qorumaq məqsədi ilə, keyfiyyətli və ədalətli xidmət devizi ilə çıxış edir.
Şirkət - Əmlak bazarında, təlabata uyğun müvafiq təkliflərin dəyərləndirilməsi istiqamətində yüksək səviyyədə və peşəkar xidmətlər təklif edir. Sertifikalı və təcrübəli əmlak agentlərimiz, ekskluziv əməkdaşlıq müqaviləsi əsasında, beynəlxalq standartlara uyğun - alqı, satqı, kirayə, qiymətləndirmə, marketinq və sənədləşmə işlərini yüksək səviyyədə, dürüst və keyfiyyətli iş pirinsipi ilə həyata keçirir.
Şirkət öz adını və fəaliyyətini - Əmtəə nişanı olaraq, Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyində dövlət qeydiyyatına aldırmış və bununla bağlı, dövlət tərəfindən mühafizə olunan əmtəə nişanına dair 02.02.2023-cü il tarixli 2023 0422 saylı şəhadətnamə almışdır.
Fəaliyyət sahəmiz: Yaşayış və qeyri yaşayış binaları, sənaye, tibb, təhsil sahəsinə aid mülklər.
Missiyamız: Rieltor fəaliyyətini yüksək səviyyədə təmsil edərək, peşəkar və keyfiyyətli xidmət göstərmək.
Vizyonumuz: Beynəlxalq əmlak bazarına uyğun inkişaf edən, sektora yön verən gələcəyin lider şirkəti olmaq.
Dəyərlərimiz: Güvən, etibarlılıq, şəffaflıq, inam, müştəri məmnuniyyəti, dürüstlük, keyfiyyət, ədalət.
Sloqanımız: "NPG" - Etibarlı Əmlak Tərəfdaşınız ..!!!
_____________________________________________
NPG MMC ilə əməkdaşlıq etməyin üstünlükləri ?
- Əmlak bazarında 10 ildən çox təcrübə,
- Sahəsində peşəkar komanda üzvləri,
- Geniş və davamlı artan müştəri bazası,
- Düzgün qiymət, real bazar araşdırması,
- Aktiv marketing plan, geniş təqdimat,
- Fərdi yanaşma, real nəticə.