Əlaqə:
070 224 35 05Email:
office@npg.az
Mənzili satışa çıxartmazdan öncə, hansı işlər görülməlidir ?
Mənzil satışı zamanı, öncədən təyin olunmuş və satışa müsbət təsir göstərəcək bəzi görüləsi işlər var ki, onlara əməl olunduğu zaman eviniz daha qısa müddət ərzində, yüksək qiymətə, rahat bir şəkildə satılmış olur.
Diqqət edilməli və satış öncəsi, görülməsi lazım olan işlər hansılardır ?
1. Təmizlik işləri görün.
Təmiz bir ev, potensial alıcılara mülkə yaxşı baxdığınızı göstərir. Yeni alınmış kimi evin hər yerinin təmiz olduğundan əmin olun, təmiz və səliqəli olsun.
2. Dağınıq yerləri səliqəyə salın.
Evin dağınıq və səliqəsiz olması, alıcıları evin müsbət tərəflərini görmələrinə mane olur və evin daha kiçik görünməsinə səbəb olur. Ehtiyac olmayan əşyaları yığışdırın, boş yer olarsa, bir o qədər yaxşıdır.
3. Şəxsi əşyaları saxlayın.
Alıcılar qonaq kimi hiss etməsinlər. Ailə şəkillərini, xatirələri və soyuducu bəzəklərini çıxardın. Paltarları yığışdırın, oyuncaqları və ev sakinlərini xatırladan hər şeyi çıxardın.
4. Təmir etdirin və evi havalandırın.
Ehtiyac olan otaq və digər sahərəli təmir etdirmək, səliqəyə salmaq. Ev hayvanları saxlayırsınızsa, onun təmizliyinə diqqət edin, mümkünsə gizli saxlayın, alıcılar bəyənməyə bilər. Evi havalandırın, xoş ətirli qoxular vurun.
5. Evin sahəsini və otaqları dəyərləndirin.
Evin sahəsindən və otaqların bölgüsündən təyinatına uyğun düzgün və maksimum səviyyədə istifadə edin. Əşyaları səliqəli və düzgün yerləşdirin.
6. Rəng tonları və mebel.
Evin təmiri zamanı açıq, tünd və boğucu olmayan rənglərdən istifadə edin. Bu evinizi işıqlı, geniş və daha cəlbedici göstərəcək. Mebel və əşya yerləşdirən zaman rəng tonlarına və evin sahəsinə görə diqqət edin, uygunsuzluk olmasın.
7. İşıqlandırma.
İşıqlandırma bir evin ən yaxşı şəkildə və hər bir sahəsinin aydın görünməsi üçün çox vacibdir. Lazım olan sahə və otaqlarda aydın işıqlanmanı təmin edin.