Əlaqə:

070 224 35 05
news-img

İnvestisiya - Torpaq Sahəsi

Riskli və ya az riskli olaraq bir çox investisiya növləri mövcuddur. Daşınmaz əmlak, (əsasən də torpaq sahələri) investisiya növləri arasında, riski az, uzun müddətli yatırım üçün özünü doğruldan sərfəli investisiya növlərindəndir. 

Nə qədər riski az olsa da, torpaq üzərində inşaat aparan və ya istifadə zamanı, problem yaşamamak üçün, bir çox məqamlara diqqət etmək lazımdır.

Torpaq sahələri əsasən - Yaşayış məntəqələri torpaqları, sənaye torpaqları, kənd təsərüffatı torpaqları, dövlət ehtiyat fondu torpaqları, bələdiyyə və s ... kimi bir neçə kateqoriyaya bölünür.

Torpaq alan zaman diqqət ediləsi əsas məqamlar - ilk öncə bazar araşdırmasının düzgün aparılması, büdcə və istifadənizə uyğun ərazinin və məkanın düzgün seçilməsi, infrastruktura yaxın olmasıdır. Almaq istədiyiniz torpaq sahəsinin sənədinin çıxarış (yəni xususi mülkiyyət) olması, koordinatlarının sənədlə uyğun olması və istifadə təyinatının da, torpaq üzərində tikmək istədiyiniz əmlak sahəsinə uyğun olmasıdır.